BAKI, 28 noy – Sputnik. Şimali Koreya hökuməti, Kubanın əfsanəvi lideri Fidel Kastronun ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edib.
Sputnik MSN-ə istinadən xəbər verir ki, Ali Xalq Məcslinin və Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 28-dən 30-dək Ş.Koreyanın dövlət idarələrində və digər yerlərdə matəm bayraqları qaldırılacaq.
Xatırladaq ki, Kuba lideri Fidel Kastro noyabrın 25-də 90 yaşında vəfat edib.