Erməni terrorçuya abidə qoyuldu

© Photo : www.yerbilgisi.comВид на город Тунджели, фото из архива
Вид на город Тунджели, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib.

BAKI, 28 noy – Sputnik. Türkiyənin Tunceli vilayətində erməni terrorçuların adına abidə ucaldılıb. Sputnik Sözcü-yə istinadən xəbər verir ki, məzar formasındakı abidənin üzərinə, “Armenak Bakırçıyan, Hrant Dink, Manuel Dəmir, Nubar Yalımyan, Kevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyan… adsız qəhrəmanlara” yazılıb. 

Tunceli rayonunun Nazimiyə qəsəbəsinin Xarik kəndində erməni abidə məzarın açılışında Xalqların Demokratik Partiyasının (HDP) Tunceli millət vəkili namizədləri Əlican Önlü və Ədibə Şahin, Tunceli Bələdiyyəsinin həmsədri Nurhayat Altun, dərnəklər, partiya və təşkilat təmsilçiləri iştirak edib. Həmçinin Yunanıstan və Fransadan gələn diaspor üzvləri abidənin açılışına gəliblər. 

Məzar abidəsi üzərinə adı yazılanlardan Monte Melkonyan, 24 sentyabr 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücum həyata keçirib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror aktı törədib və terrorçulara güzəştə gedən Fransa hökuməti onu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o, fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları Şirkətinin kassaları qarşısında partlayış təşkil dib. Bu terror aktı nəticəsində 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada çox qalmayıb və saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşayıb. 1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib

Xəbər lenti
0