BAKI, 29 noy-Sputnik. Noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Sputnik-in məlumatına görə, iki ölkə prezidentinin Birgə Bəyanatını Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıblar.
Burada həmçinin "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı"; "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında; "Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında; "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair" sazişlər, "2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı";
Noyabrın 28-də Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi də keçirilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə "Heydər Əliyev" ordenini prezident Aleksandr Lukaşenkoya təqdim edib.
Qeyd edək ki, bu orden Lukaşenkoya Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən verilib.
Sərəncamda bildirilir ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko "Heydər Əliyev" ordeni ilə təltif edilib.