BAKI, 27 noy — Sputnik. Bu gün İran İslam Respublikasına məxsus vertolyot Xəzər dənizinə düşüb.
RİA Novosti-nin verdiyi məlumata görə, İran Milli Neft Şirkətinə məxsus vertolyotun göyərtəsində olan 5 nəfər ölüb.
Vertolyot Xəzər dənizində İrana məxsus neft platformasından yaralı neftçini xəstəxanaya gətirmək üçün göndərilibmiş. Xilasedicilər 3 nəfərin cəsədini tapıb, 2 nəfərin cəsədinin axtarışı davam edir.
Vertolyotun texniki nasazlıqla əlaqədar qəzaya uğradığı ehtimal edilir.