Vaqif Əsədov: Qeydə alınan yol-nəqliyyat hadisələri azalma dinamikası üzrə hərəkət edir
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin sayı artıb: “İstər ölkə üzrə, istərsə də Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələri azalma dinamikası üzrə hərəkət edir. Bu, daha zəruri tədbirlərin görülməsinə şərait yaradır. Amma hesab edirik ki, bu sahədə tək DYP deyil, sizlər də hərəkət iştirakçısı olaraq öz funksional vəzifənizi yerinə yetirməlisiz”.
“Hesab edirəm ki, burada cəmiyyətin heç bir üzvü kənarda qalmamalı və hər kəs əlindən gələni etməlidir ki, yol-nəqliyyat hadisələri baş verməsin. Unutmayaq ki, bu gün qəza hadisələrində həlak olan şəxslər elə bizlərdəndir. Hər kəs öz məsuliyyətini artırmalıdır ki, nəticələr ürəyimizi ağrıtmasın”, — o bildirib.