BAKI, 27 noy — Sputnik. Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb.
RİA Novosti-nin verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.
Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.
Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.
Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək.