BAKI, 26 noy-Sputnik. Formula 1 yarışlarının 2016-cı il yekun yarışı Formula 1 Abu-Dabi Qran Prisi start götürüb. Yarışda Formula 1 ilə yanaşı GP3 ə GP2 komandalar da aralarında ən yaxşını müəyyən edilir. Belə komandalardan biri də GP2-də mübarizə aparan “Russian Time” komandasıdır. Komandanın rəhbəri Svetlana Strelnikova və komandanın pilotu Artyom Markelov Sputnik-ə Abu-Dabi və Bakı Avropa Qran Prisi haqqında münasibətlərini bildiriblər. Müsahibəni təqdim edirik.
- GP2 üzrə həm Bakı, həm də Abu-Dabi mərhələlərində iştirakçısı kimi onları necə müqayisə edərdiz?
— Artyom: Bakı treki digərlərindən çox fərqlənir. Burada yürüş boyu birinci yerdə getdiyin halda, etdiyin hər hansı bir səhv səni sonuncu edə bilər. Yaxud da bunun əksini yaşaya bilərsən. Abu-Dabi treki isə özünəməxsusluğuna görə digərləri ilə seçilir. Burada hava istidir. Həmçinin digər mərhələlərə ev sahibliyi edən şəhərlərlə müqayisədə startda fərqlilik var.
- Bunlardan hansında qələbə qazanmaq asandır?
— Svetlana: Mənim üçün fərqli yoxdur. Əsas komandamızın pilotlarının bizə qələbə sevinci yaşatmasıdır. Bakıda yarışa psixoloji hazırlıq daha rahatdır. Amma başqa yerlərdə bu belə deyil.
- Rusiyada Formula-1 idman növünə maraq necədir? Kifayət qədər fanat toplaya bilmisinizmi?
— Svetlana: Bizim nəinki Rusiya, Azərbaycanda belə fanatlarımız var. Hətta ölkənizin mediası belə bizi daima diqqətdə saxlayır, lazimı məlumatlar üçün əlaqə qurur. Bakıda keçirilən Avropa Qran-Prisi zamanı da azərbaycanlı azarkeşlərin bizə yaxınlaşması, komanada üzvlərimizdən avtoqraf alması xoş haldır. Çox təəssüflər olsun ki, bizdə hələ də bu idman növü populyarlıq tapmayıb. Ölkəmizdə futbol daha çox sevilir. Əlimizdən gələni edirik ki, “Formula-1” sevilsin.
— Artyom: Bu idman növü həm Azərbaycanda, həm də Rusiyada yeni idman növüdür. Fikrimcə, hər 2 ölkədə gələn il “Formula-1”ə maraq daha da artacaq və bizi sevənlər çoxalacaq. Media bizi daha çox işıqlandırmalıdır ki, bu idman növünə maraq artsın.
- “Formula-1” yarışlarında özünüzü sınamaq şanslarını nə qədərdir?
— Mənim 22 yaşım var, hələlik GP2 yarışlarında bir neçə dəfə qələbə qazanmalıyam ki, “Formula-1”-də iştirak edim.