CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baytarlıq Nəzarəti Xidməti saxta yumurta ilə bağlı əhaliyə müraciət edib

© Photo : Dövlət Baytarlıq Nəzarəti Xidməti Yumurta
Yumurta - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BAKI, 25 noy — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Son günlər bir sıra kütləvi informasiya vasitələrində güya Çin Xalq Respublikasından Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb. Bu ölkədən Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır, heç bir fakta söykənmir. 

Ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir.

Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı il bağlı kimdə məlumat, fakt olarsa, bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə,  eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50  nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır.  

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur və güya Çin Xalq Respublikasında istehsal edilən süni yumurtanın Azərbaycanda satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir.

Xəbər lenti
0