BAKI, 25 noy — Sputnik. "Suriyanın şimalında davam etdirdiyimiz hərbi əməliyyatda daha bir əsgərimiz qəhrəmancasına şəhid olub".
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından yazılı açıqlama verilib. "Hərbi əməliyyatların 94-cü günündə davam edən döyüşlər zamanı 1 türk, həmçinin 4 nəfər Azad Suriya Ordusunun əsgəri şəhid olub. 5 türk hərbçisi də yaralanıb", — Baş Qərargahdan bildirilib.