BAKI, 25 noy-Sputnik. Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəcək vəsaitlərin məbləği açıqlanıb.
Sputnik-in məlumatına görə, Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə hər iki beynəlxalq idman yarışına xərclənəcək vəsaitin rəsmi miqdarını qeyd edib.
"İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər" adı altında qeyd olunan bölmədə İslam Oyunlarının maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycan həm IV İslam Həmrəyliyi Oyunlarına, həm də Formula-1 Avropa Qran-prisinə ev sahibliyi edəcək. Formula-1 Avropa Qran-prisi ilk dəfə Bakıda 2016-cı ildə keçirilib. Bakı İslam Oyunlarına ilk dəfə ev sahibliyi edəcək.