BAKI, 25 noy — Sputnik. İranda iki qatarın toqquşması nəticəsində həlak olanların yeni sayı açıqlanıb.
APA-nın məlumatına görə, İranın Səhiyyə Nazirliyinin rəsmiləri ölənlərin sayının 44 nəfərə çatdığını və yaralananların isə 100 nəfərdən çox olduğunu açıqlayıblar.
“Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaranıb, havanın şaxtalı olması nəticəsində isə qatar dayanıb. Problem mərkəzi sistemə nəzarət edən şəxsə bildirilsə də, növbə dəyişdiyi üçün məsul şəxs qatarın dayanmasından xəbərsiz olub və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Səmnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini deyib”, deyə İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi bildirib.