BAKI, 25 noy — Sputnik. Bu gün səhər saatlarında Balakən rayonu, İtitala kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Balakəndə yanğın həyəcanı
10:43 25.11.2016 (Yenilənib: 20:44 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb