CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı məktəbində kütləvi dava olub: xəsarət alanlar var

© Sputnik / Aleksey DanichevПотасовка, фото из архива
Потасовка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi davada şagirdlər, müəllimlər və valideynlər döyülüb.

BAKI, 25 noy-Sputnik. Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında kütləvi dava olub.

Bu barədə Sputnik-ə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib.

Məlumata görə, kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Hər şey məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalovun 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülməsi ilə başlayıb. Bu zaman 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadə də sinifdə olub.

Davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisə etməsi olub. İ.Abidov isə deyib ki, o, G.Yaqubovanın sevgilisidir.

R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gəlib. Onunla G.Yaqubova arasında mübahisə yaranıb. Nəticədə G.Yaqubova anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Brilliant Məmmədovanı məktəbə çağırıb. Onlar 47 yaşlı Z.Zeynalovanı möhkəm döyüblər. Nəticədə Zeynalova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Arada münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüblər.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedərək şagirdlərin, müəllim və valideynlərin izahatı alıblar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0