BAKI, 24 noy — Sputnik. Cənubi Koreyanın məşhur avtomobil şirkəti ola KIA, xüsusilə Çin bazarı üçün yeni model avtomobil hazırlayır. Hələlik, yalnız o məlumdur ki, yeni "Kia Rio" buraxılışı bu modeldən olan sonuncu nəsildən xeyli ucuz olacaq.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, yeni qənaətcil modelin rəsmi anonsu gələn ilin ortalarında veriləcək. Onda maşınla bağlı detallı məlumatlar açıqlanacaq.
2017-ci ildə Çinin avtomobil bazarı yolsuzluq avtomobilləri ilə dolacaq. Hazırda gələcək yeni modellər üzərində iş gedir. Bunu nəzərə alan Koreya şirkətinin başbilənləri düşünüblər ki, Çin bazarına daha ucuz başa gələn qənaətli avtomobillər göndərmək lazımdır.
Məlumatlara görə, KİA-nın bir sıra xarici görünüşü dəyişmiş qənaətcil modelləri Rusiya və digər MDB ölkələrində peyda olacaq. Onunla rəqabətə bir də daha ucuz Çin maşınları çıxacaq. Rusiyada fəaliyyət göstərən Çin və Koreyanın avtomobil şirkətlərinin rəsmi distributorları bildiriblər ki, Çin MDB məkanına analoqlarından daha ucuz olan yolsuzluq avtomobillərini, Koreya isə qənaətli modellərini göndərəcək.