BAKI, 24 noy — Sputnik. Türkiyənin Adana Valiliyinin avtoparkında partlayış baş verib. Sputnik xəbər verir ki, partlayış bomba yükü avtomobillə təşkil edilib.
Valilik açıqlamada, hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyini, 16 nəfərin isə yaralandığını söyləyib. Hadisənin bir qadın tərəfindən törədildiyi ehtimal edilir.
Təhlükəsizlik orqanları hücumu təşkil edənlərin tutulması üçün əməliyyata başlayıb. Partlayışla bağlı xəbərlərə yayın qadağası qoyulub.