BAKI, 24 noy — Sputnik. Suriyanın şimalında hərbi əməliyyatlarını davam etdirən türk ordusu, Bəşər Əsəd rejiminə bağlı qüvvələrin hücumuna məruz qalıb. Nəticədə üç türk əsgər şəhid olub.
Sputnik xəbər verir ki, hadisə Əl Bab şəhəri ətrafında baş verib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.
"Biz hesab edirik ki, əsgərlərimizə qarşı hücum edənlər, böyük ehtimalla rejim silahlıları olub. 3 nəfər qəhrəman əsgərimiz şəhid olub, 10 əsgərimiz ağır yaralı haldadır. Biz hazırda cavab tədbirləri haqda düşünürük", — deyə bəyanatda qeyd olunur.