BAKI, 24 noy — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Gəncədə əməliyyat keçirilib. Sputnik gununsesi-nə istinadən xəbər verir ki, əməliyyat zamanı vəhhabi təriqətinə qulluq edən 10 nəfər saxlanılıb.
Həmin şəxslərin Gəncədə kifayət qədər geniş imkanlara malik olduqları bildirilir. Onlar arasında şəhərin məşhur ticarət mərkəzlərindən biri olan "Zer Shooping" geyim mağazasınin sahibi də var.
Saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar hələ ki, bəlli deyil.