Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Tramp istəsə də, Qüdsü İsrailin paytaxtı kimi tanıya bilməz"

© Sputnik / Kristina Afanasyeva / Mediabanka keçidQüds
Qüds - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın yeni prezidentinin İsrail-Fələstin münaqişəsini həll etmək arzusu mütəxəssislərə inandırıcı gəlmir

BAKI, 23 noy — Sputnik. Birləşmiş Ştatların seçilən prezidenti Donald Tramp "New-York Times" qəzetinə maraqlı müsahibə verib. Sputnik NYTİMES-a istinadən xəbər verir ki, Tramp, prezidentliyi dövründə həll etməyi arzuladığı ən əsas problemin İsrail-Fələstin münaqişəsi olduğunu deyib.

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Fazil Mustafa

"İstəyirəm ki, məni Fələstin-İsrail münaqişəsini həll edən prezident kimi gələcəkdə xatırlasınlar. Bunu çox arzu edirəm", — D.Tramp bildirib.

Xatırladaq ki, ABŞ-ın yeni rəhbəri seçki kampaniyasındakı çıxışlarının birində, seçiləcəyi təqdirdə Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyacağını söyləmişdi.

Trampın İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərini Sputnik-ə şərh edən millət vəkili Fazil Mustafa, sözügedən problemin olduqca həssas olduğunu deyib: "Tramp bu müqəddəs şəhəri İsrailin paytaxtı kimi tanıyaraq münaqişəni həll edə bilməz, əksinə iki xalq arasında düşmənçiliyi davam etdirər. Bu problemin həllini dünyada çox insanlar arzulayırlar. Çünki İsrail-Fələstin münaqişəsinin həlli Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində ciddi addım olar".

"Hər halda Donald Trampın nəzərdə tutduğu hansısa bir proqramı, planı var ki, bu cür açıqlama verir. Ancaq problemi bu formada həll etmək çox çətin məsələdir, çünki birtərəfli qaydada Qüdsü İsrailin paytaxtı kimi tanımaq artıq bəri başdan düşmənçiliyin davam etməsi deməkdir. Hazırda Donald Trampın nəyi nəzərdə tutduğunu konkret olaraq söyləmək çətindir", — deputat bildirib.

Sputnik-ə açıqlama verən, türkiyəli jurnalist-yazar Ömər Dinçər də, Qüdsü İsrailin paytaxtı kimi tanımağı mümkünsüz hesab edir: "Tramp özü arzulasa belə, ABŞ rəsmi olaraq Qüds şəhərini heç vaxt İsrailin paytaxtı kimi tanımayacaq. Amerikanın belə həssas məsələdə risk alacağını zənn etmirəm".

© Photo : STRTürkiyəli politoloq Ömər Dinçər
Türkiyəli politoloq Ömər Dinçər - Sputnik Azərbaycan
Türkiyəli politoloq Ömər Dinçər

"Çünki İsrail-Fələstin münaqişəsinin kökündə, məhz Qüds şəhəri durur. İsrail bu müqəddəs şəhərin tamamilə özünə aid olmasını istəyir. Fələstin rəhbərliyi isə nisbətən yumşaq davranır. Və əsasən Qüdsün şərq hissəsinə iddia edir. Hansı ki, müsəlmanların ilk qibləgahı olan müqəddəs Əl-Əqsa məscidi də şəhərin şərqində yerləşir", — araşdırmaçı qeyd edib.

Onun fikrincə, Donald Tramp problemi həll edən lider kimi gələcəkdə xatırlanmaq istəyirsə, o zaman, verdiyi bəyanatlarda diqqətli olmalıdır: "Çünki ABŞ dövləti atacağı hər hansı səhv qərar ilə Yaxın Şərqdəki müttəfiqləri olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər söz sahibi ərəb dövlətlərini itirə bilər".

Xəbər lenti
0