BAKI, 23 noy — Sputnik. 24 noyabr saat 12:00-da "Həyat" Humanitar Dəstək İctimai Birliyi, "Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər" mövzusunda mətbuat konfransı təşkil edəcək. Tədbir "Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunlarına həsr olunur.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov (moderator) iştirak edəcək.
Tədbirdə Azərbaycan Respublikasının təhsil sahəsindəki icra strukturlarının nümayəndələrinin iştirakı da gözlənilir.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.