Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sputnik dünya ictimaiyyətinə səsləndi: "Senzuraya qarşı birləşək"

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidSputnik
Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Parlamentinin söz azadlığına qarşı qəbul etdiyi qətnamə ciddi etiraza səbəb olub

BAKI, 23 noy — Sputnik. Sputnik informasiya agentliyi və radiosu KİV-in azadlığına tərəfdar çüxan Avropa və Amerika təşkilatlarına məktub ünvanlayıb. Məktubda Sputnik, 23 noyabr 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən qəbul edilmiş "AB-nin strateji kommunikasiyaları üçüncü tərəflərin təbliğatına qarşı əks tədbir kimi" qətnaməsinin nəticələrinə qarşı addımlar atmağa çağırıb.

Avropa Parlamenti - Sputnik Azərbaycan
Avropa Parlamentindən söz azadlığına qarşı sərt qərar

Avropa Birliyində söz azadlığına basqıya qarşı çıxmağa çağıran bu məktub, BMT, YUNESKO, "Sərhədsiz reportyorlar" təşkilatları da daxil olmaqla, müxtəlif təşkilatlara göndərilib. Qətnamə AB-də söz azadlığına qarşı, bunun nəticəsi kimi isə Sputnik kimi kütləvi informasiya vasitələrinin Avropada bağlanmasına tuşlanıb.

Sputnik-in yaydığı məktubda deyilir: "Qətnamə, bilavasitə Sputnik və onun kimi bir sıra nüfuzlu KİV-ə qarşıdır və onların AB-də fəaliyyətlərinin dayandırılması məqsədini güdür. Bundan əlavə, bu qətnamə AB-nin insan haqları və KİV azadlığı sahəsindəki öz normativ aktlarına ziddir. Məsələn, sənəd, Vətəndaş və siyasi haqlar haqqında Beynəlxalq paktın 19-cu maddəsi, daha sonra AB xartiyasının 11 maddəsinə və AB-nin 2012-ci il 11 dekabr tarixli, xarici siyasətdə rəqəmsal azadlıq strategiyası qətnaməsinə ziddir".

Sputnik agentliyinin mətbuat xidməti qətnamənin qəbulunu bu cür şərh edib: "Bu qətnamə KİV azadlığı və insan haqlarını açıq-aydın pozur. Bununla əlaqədar biz BMT, YUNESKO, ATƏT, "Sərhədsiz reportyorlar" kimi bir sıra Avropa və Amerika təşkilatlarına və çoxsaylı mediaqruplara, həmkarlar təşkilatlarına müraciət edib həmrəylik göstərib bu cür ayriseçkilik və senzuraya qarşı olmağa çağırmışıq. Biz Sputnik-in də tam hüquqlu üzvü olduğu dünya mediabirliyini bizimlə birləşib bu məsələyə qarşı mövqelərini bildirməyə və azadlıq və demokratiya dəyərlərini qorumağa cağırırıq".

Qətnamədə xeyli sayda əsassız ittihamlar qeyd edilir və Sputnik kimi KİV-in fəaliyyəti İŞİD terror təşkilatının fəaliyyəti ilə eyniləşdirilir. Sputnik qlobal media brendi və nüfuzlu kontent mənbəsi kimi bu cür bənzətməni absurd və mənasız hesab edir.

"Qətnamənin müəllifi Rusiya və İŞİD arasında bənzətməyə görə utanmalıdır. Birincisi hüquqi dövlət, ikincisi isə terrorçu təşkilatdır. Bunların arasında qətiyyən oxşar heç bir şey yoxdur", — deyə bu bənzətməni şərh edən Avroparlamentin fransalı üzvü Jan-Luk Şaffhauzer söyləyib.

Xəbər lenti
0