CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid anası: "Qorxumdan oğlumun cənazəsinə əlimi vura bilmədim..."

© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Şəhid Xaliq Əzizzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Ata o hadisədən bu yana isti yemək yemir, rahat yatağında yatmır. Evində oğlunun şəkillərindən ibarət düzəltdiyi guşənin qarşısında yatır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 noy — Sputnik. Əzizzadə Xaliq Həsən oğlu 1996-cı il avqust ayının 27-də anadan olub. Evin sonbeşiyi olub. Və cəmi 19 il ömür sürüb.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xaliqin ailəsi ilə görüşüb, daha bir qəhrəmanımızı xalqa tanıtmaq istədik. Evlərini tapmaq o qədər də çətin olmadı. Əhmədli qəsəbəsi, "Radiozavod" kimi tanınan ərazidə, kimdə "Şəhid Xaliqin ailəsi harada yaşayır?" soruşsan, hamı sənə bu ünvanı göstərər.

Getməmişdən öncə anası Nigar xanımla əlaqə saxlayıb görüşmək istədiyimi bildirdim. "Gəl, qızım. Atasının ürəyi dözmür, evdə olmayacaq. Amma kimdən soruşsan, ünvanımızı göstərəcəklər" dedi.

Xanımın dediyi ərazidə yerləşən mağazanın qarşısında dayanmış, hüznü gözlərindən oxunan bir kişiyə yaxınlaşıb ünvanı soruşdum. Atasıymış… Kişi ilə birlikdə evə doğru addımladıq.

"Biz Ermənistandan gəlməyik. Allah ermənilərin evini yıxsın. 1992-ci ildə qaçıb gəldik bura. Bilsəydim, bura gəldikdən sonra balamı itirəcəm, heç gəlməzdim. Qalıb ölərdim orada…", — deyir şəhid atası Həsən kişi.

O, sonuncu dəfə oğlunu, onun ölümündən 5 gün əvvəl görübmüş. Anası Xaliqin hər gün onunla danışdığını deyir: "Hər dəfə də xidmət etdiyi hərbi hissədən razılıq edirdi. Hər gün mənə deyirdi ki, "ana, mən də ön cəbhəyə getmək istəyirəm, amma məni aparmırlar". Amma Tərtər döyüşlərində özü könüllü getmişdi ön cəbhəyə".

© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Xaliq körpəlikdə - Sputnik Azərbaycan
1/6
Şəhid Xaliq Əzizzadə
© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Məktəb illəri - Sputnik Azərbaycan
2/6
Şəhid Xaliq Əzizzadə
© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Nigar xanım və Həsən kişi - Sputnik Azərbaycan
3/6
Şəhid Xaliq Əzizzadə
© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Nigar xanım oğlu Xaliq ilə - Sputnik Azərbaycan
4/6
Şəhid Xaliq Əzizzadə
© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Həsən bəyin oğlu Xaliq üçün düzəltdiyi guşə - Sputnik Azərbaycan
5/6
Şəhid Xaliq Əzizzadə
© Sputnik / Irade JELILŞəhid Xaliq Əzizzadə
Şəhidin son mənzili - Sputnik Azərbaycan
6/6
Şəhid Xaliq Əzizzadə
1/6
Şəhid Xaliq Əzizzadə
2/6
Şəhid Xaliq Əzizzadə
3/6
Şəhid Xaliq Əzizzadə
4/6
Şəhid Xaliq Əzizzadə
5/6
Şəhid Xaliq Əzizzadə
6/6
Şəhid Xaliq Əzizzadə

Nigar xanım danışdıqca göz yaşlarını saxlaya bilmir. "Üç balamdan ən gözəli, ən ağıllısı, ən sözəbaxanı idi Xaliq" deyir.

Xaliq 6 ayın əsgəri olub. Toğanada hərbi hissədə sürücü imiş. Ana oğlu ilə sonuncu dəfə aprelin 4-də danışır. O, anasına yenə hərbi hissədə olduğunu, təbii ki, aldadır…

"Səhər oturub televiziyada şəhid xəbərlərinə baxırdım. Yoldaşım da demişdi ki, yas yerinə gedəcək. Birdən mənə elə gəldi ki, televizorun ekranından Xaliq keçdi. Bədənim əsdi, "İlahi bu nədir?" dedim öz-özümə. Elə həmin an telefon zəng çaldı, qaynımın yoldaşı idi. Dedi, "Nigar neynirsən? Xaliqlə danışmısanmı?". Və o, sağollaşıb dəstəyi asdı. Sən demə, bilirmiş Xaliqin şəhid olduğunu. Yoldaşıma da deyiblərmiş. Bir də gördüm, böyük qaynım gəldi. Dedi, "Xaliq yaralanıb". Dedim, "Ay Telman, de ki, Xaliq ölüb də"".

Ertəsi gün səhər 5.30-da Xaliqin cənazəsi evlərinə gətirilir. "Qoymadılar, balama baxım. Üzünə baxmaq istədim, dedilər, "əl vursan, cənazəni aparacağıq". Qorxumdan daha heç nə etmədim ki, heç olmasa, balam 5-6 saat qalsın yanımda", — deyir ana.

"Həmişə ayağımdan öpürdü ki, "sən mənim ürəyimsən". Cənazəsini evə gətirəndən sonra, o qədər ayağından öpdüm ki, bəlkə oyana… Oyanmadı balam. Dedilər, başından yaralanıb", — Nigar xanım davam edir.

Həsən kişi də söhbətə qoşulur. "Çox ağıllı, tərbiyəli oğul idi. Bizi elə bağlamışdı özünə ki…" deyir və qəhərdən fikrini davam etdirə bilmir.

Xaliqin sevdiyi qız da varmış. Onunla nişanlanmaq istəyirmiş. Nigar xanım isə istəyirmiş ki, oğlu hərbi xidmətini bitirəndən sonra onu nişanlasın. Amma indi ana övladının arzusunu həyata keçirmədiyinə görə, hər gün özünü qınayır.

"Qız ona yazıbmış ona ki, "məni verirlər, fikrin nədir?". Xaliq də "Ayın 15-i məzuniyyətə gələcəyəm, anamı göndərəcəyəm sizə" yazıb. Kaş gələydi, kaş gedəydim alaydım o qızı. İndi məzarına aparıram xonçalarını. Atası ona qəbiristanlıqda ev düzəldib. Hər gün ordayıq, gedib Xaliqimizi görüb gəlirik. Atası deyir, "onun başına yağış yağsa, mən ölərəm"", — gözüyaşlı qadın danışır.

Həsən dayı o hadisədən bu yana isti yemək yemir, rahat yatağında yatmır. Evində Xaliqin şəkillərindən ibarət düzəltdiyi guşənin qarşısında yatır.

Qeyd:

Şəhid Əzizzadə Xaliq Həsən oğlu 2016-cı il aprel ayının 5 də, Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Məzarı Kürdəxanı qəbiristanlığındadır.

Xəbər lenti
0