Bakıda noyabrda nadir halda qar yağır. Yağıntının intensivliyi çox deyil, şəhərin mərkəzində qar yerə oturmur, Yasamal və Badamdar kimi hündür ərazilərdə qar daha güclü yağır.
Sinoptiklərin sözlərinə görə, yalnız bu gecə qar yerdə bərkiyə bilər. Hazırda havanın hərarəti 2 dərəcə müsbətdir, bu isə noyabrın sonu üçün Bakıda qeyri-adi temperaturdur.