Ölkə ərazisində 2 dərəcə şaxta var

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba, Kəlvəzdə 1 sm olub

BAKI, 23 noy — Sputnik. Noyabrın 23-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb. Bu barədə Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Qaxda qar - Sputnik Azərbaycan
Sabaha gözlənilən hava şəraitinə diqqət edin

Düşən yağıntının miqdarı Rvarudda (Lerik) 12, Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Kişçay, Yardımlıda 2, Oğuz, Şamaxı, Xaçmaz, Nabran, Kəlvəz, Lənkəran, Astara, Qazax, Cəfərxan, Sabirabad, Kürdəmir, Göyçay, Tərtər, Bərdə, Quba, Şəki, Daşkəsəndə 1, Abşeron yarımadasında: Maştağada 3, Bakı, Ələt, Çilov adası, Neft Daşları, Binə, Sumqayıt, Montin, Pirallahıda 1 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba, Kəlvəzdə 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edib.

Xəbər lenti
0