CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dünyanın 100-ə yaxın brend tikinti və inşaat layihəsi nümayiş olunur

© Official website of President of Azerbaijan RepublicII Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi
II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi başlayıb

BAKI, 23 noy — Sputnik. Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə tanış olub. Sputnik xəbər verir ki, əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezidentə sərgi barədə məlumat verib.

O deyib ki, keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, Rusiya, Portuqaliya, İspaniya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması və bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Sərgi, həmçinin investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədəki özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də əhəmiyyətlidir.

Xəbər lenti
0