Azərbaycanla İtaliya arasında mülki-hərbi əməkdaşlıq müzakirə olunub

© Foto: mod.gov.azAzərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib
Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib

BAKI, 23 noy — Sputnik. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin rəhbərliyi ilə keçirilən görüşdə mülki-hərbi əməkdaşlığa dair təcrübə mübadiləsi aparılıb. Görüşdə, həmçinin Silahlı Qüvvələrdə mülki-hərbi əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti
0