Nəhəng çəkili qadın öldü

© Sputnik / Irade CELILXəstəxana otağı
Xəstəxana otağı - Sputnik Azərbaycan
Abunə olmaq
Qadını xəstəxanaya yerləşdirmək üçün xilasediciləri çağırmaq lazım gəlib, çünki təcili yardım həkimləri özləri bunun öhdəsindən tək gələ bilməyiblər

BAKI, 23 noy — Sputnik. Qazaxıstanın Kostanaya şəhərinin sakini Qalina Vorobyova dünyasını dəyişib. Sputnik-in məlumatına görə, bu ilin iyul ayında, 350 kiloqram çəkisi olan, 39 yaşlı qadın jurnalistlərin vasitəsilə kömək istəmişdi.

Kök adam - Sputnik Azərbaycan
SƏHİYYƏ
Artıq çəki beyinə necə zərər verirmiş...

O vaxt Vorobyova, hətta öz çəkisini belə, bilməyib. Çünki onun üçün əlçatan olan tərəzilərin heç biri belə iri çəkini çəkməyə qadir olmayıb.

Həddindən artıq çəkisi olan qadının ciddi sağlamlıq problemləri baş qaldırıb. May ayının sonlarında o, evdən çıxmağa cəhd göstərib. Amma ayaqları getməkdən imtina edib.

Bir qədər sonra onun ayaqlarına su yığılmağa başlayıb və onlar təsəvvürəgəlməz ölçüdə böyüyüb. Qadını xəstəxanaya yerləşdirmək üçün xilasediciləri çağırmaq lazım gəlib, çünki təcili yardım həkimləri özləri bunun öhdəsindən tək gələ bilməyiblər.

KİV-də bu barədə məlumatlar yayıldıqdan sonra qadına müxtəlif klinikalardan çoxsaylı yardım təklifləri gəlib. Lakin o, məhz hansı yardımın onun üçün daha zəruri olduğunu müəyyənləşdirə bilməyib.

© Photo : Qalina Vorobyovanın şəxsi arxivindənQalina Vorobyova
Qalina Vorobyova - Sputnik Azərbaycan
Qalina Vorobyova

Xəbər lenti
0