BAKI, 23 noy — Sputnik. "15 iyul çevrilişə cəhd gecəsindən bu günə qədər Fətullah Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 21 min 929 polis işçisini vəzifədən uzaqlaşdırdıq". Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu özü açıqlama verib.
S.Soylunun sözlərinə görə, vaxtilə işdən çıxarılan 3 min 569 nəfər isə vəzifəsinə bərpa edilib.
DİN-in açıqlamasında həmçinin qeyd olunur ki, 467 polis barəsində axtarış elan edilib.