Fransız şirkət İrana təyyarə satmaq üçün ABŞ-dan icazə aldı

© AP PhotoСамолет Airbus
Самолет Airbus - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Fransada yerləşən "Airbus" şirkəti təyyarələrinin 10%-ni ABŞ-da istehsal etdiyi üçün Vaşinqtonun razılığı olmadan İrana mal sata bilmir.

BAKI, 23 noy — Sputnik. Dünyanın ən məşhur təyyarə istehsalçısı şirkəti olan "Airbus" İrana 20 milyard dollar dəyərində təyyarə satışı gerçəkləşdirəcəyini açıqlayıb. Sputnik Reuters-ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi, satış üçün ABŞ Xəzinə nazirliyindən lazımi lisenziyanın alındığını bildirib.

"Airbus" və "İran Air" şirkətləri, altılıq ölkələri ilə İran arasında imzalanan nüvə müqaviləsinin yanvar ayında qüvvəyə minməsindən sonra 118 təyyarə ilə bağlı razılıq əldə edib.

Mərkəzi Fransada yerləşən "Airbus" şirkəti təyyarələrinin 10%-ni ABŞ-da istehsal etdiyi üçün Vaşinqtonun razılığı olmadan İrana mal sata bilmir.

Xəbər lenti
0