CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əcnəbi dildə reklamlara icazə verilə bilər

© Sputnik / Murad OrujovBakıda reklam lövhəsi, arxiv şəkli
Bakıda reklam lövhəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif edilir

BAKI, 22 noy — Sputnik. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif edilir. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, dəyişikliyə görə, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0