İlham Məmmədzadə: Multikulturalizm elementləri dövlətlərarası münasibətlərə də məxsusdur
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə deyir ki, bəzi qərb ölkələrinin liderləri çıxışlarında multikulturalizmin böhran yaşadığını və öldüyünü bildirirlər: “Reallıqda isə siyasətin ölümü multikulturalizmin ölümü deyil. Bu səpgidə yeni bir siyasət aparılmalıdır. Multikulturalizmin əsas hədəfləri dəyişkəndir. Ona görə də, bu siyasət həmişə zənginləşib dərinləşməlidir”.
Onun sözlərinə görə, multikulturalizm problemləri qismən sakit olan ölkələrdə də ola bilər: “Ona görə bu problemlərə nə qədər tez diqqət ayrılarsa, ölkə onu bir o qədər də tez həll edə bilər. Azərbaycanda multikulturalizm problemlərinə artıq çoxdan diqqət yetirilir. Bizdə hətta bu növ problemlərin həlli üzrə prezidentin kursu da müəyyən olunub”.