Məhəmməd Mursi azadlığın bir addımlığında

Məhəmməd Mursi
Məhəmməd Mursi - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə bir müddət əvvəl, Mursi haqqındakı edam qərarını da pozmuşdu

BAKI, 22 noy — Sputnik. Misir Məhkəməsi casusluq ittihamı ilə həbs edilmiş ölkənin sabiq prezidenti Məhəmməd Mursinin ömürlük həbs cəzasını ləğv edib. Məhkəmə bir müddət əvvəl, Mursi haqqındakı edam qərarını da pozmuşdu.
Sputnik bu barədə "Əl-Cəzirə"-yə istinadən məlumat verir.
Keçmiş prezidentdən başqa, "Müsəlman qardaşları" təşkilatının rəhbərliyində yer alan 21 şəxslə də bağlı qərar ləğv edilib.

Qeyd edək ki, Misirin demokratik yolla seçilmiş ilk prezidenti olan Məhəmməd Mursi, 2013-cü ilin iyununda hazırda prezident olan general Əbdülfəttah əs-Sisinin rəhbərlik etdiyi ordu qüvvələrinin zor gücü ilə hakimiyyətdən devrilmişdi.

Xəbər lenti
0