BAKI, 22 noy-Sputnik. Noyabrın 22-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Baş Kino şöbəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, TİKA agentliyinin, Yunus Əmrə cəmiyyətinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "Türk Filmləri Həftəsi —Bakı"nın açılış mərasimi keçiriləcək.
Nizami kinoteatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, açılış mərasimində Türkiyə səfirliyinin və türk kinematoqrafiyasının nümayəndələri iştirak edəcək.
Açılış mərasiminin rəsmi hissəsindən sonra "Kalandar soyuğu" bədii filmi nümayiş olunacaq.
Xatırladaq ki, Film həftəsi ərzində noyabrın 23-də saat 15:10 "Kalandar soyuğu", 20:10-da "Deliormanlı", noyabrın 24-də saat 15:00-da "Son məktub", 19:30-da "Birləşən yollar", noyabrın 25-də saat 15:00-da "Birləşən yollar", 19-30-da rejissor Ahmet Sönmezin "Əlvida Katya" və noyabrın 26-da saat 15:00-da rejissor Özhan Erenin "Son məktub" bədii filmləri şəhər sakinlərinə və qonaqlara təqdim olunacaq.
Qeyd edək ki, nümayişlərə giriş sərbəstdir.