Azərbaycan vətəndaşları İstanbul kamikadzeləri ilə birlikdə saxlanılıblar

Antiterror əməliyyatı
Antiterror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD üzvü olduğu güman edilən şəxslər Azərbaycana deportasiya ediləcəklər

BAKI, 22 noy-Sputnik. İstanbulda kamikadze olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Onların Özbəkistan vətəndaşı, "Bunyod" kod adlı Əziz Jon Bekrayev və Türkmənistan vətəndaşı, "Zübeyr" kod adlı Novruz Ravud Qasımov olduğu bildirilir. 

Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barədə həbs qətimkan tədbiri seçib.

Terrorçu-kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə onlara yardım etdikləri güman edilən digər beş şəxsin — 32 yaşlı Azərbaycan vətəndaşı R.İ. və 26 yaşlı O.M-in, Özbəkistan vətəndaşları — 26 yaşlı B.M-in, 29 yaşlı T.H-ın və 32 yaşlı N.İ-nin də saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır. Onların İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilir.

Xəbər lenti
0