BAKI, 21 noy — Sputnik. Türkiyə Hindistanın Uttar Pradeş əyalətində baş verən qatar qəzası nəticəsində həyatını itirənlərlə əlaqədar, bu ölkəyə başsağlığı verib. Sputnik bu barədə TRT-yə istinadən məlumat verir.
Xarici işlər Nazirliyindən verilәn yazılı açıqlamada qeyd olunur ki, sərnişin qatarının qəzaya uğraması nəticəsində 90 nəfərin həyatını itirməsi və 150-dәn çox adamın yaralanması ilә әlaqәdar Türkiyə dövləti və xalqı dərin kədər hissi keçirib.
"Həyatlarını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həlak olanların yaxınlarına, dost Hindistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", — deyə Türkiyə XİN-in bəyanatında qeyd olunur.