CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlərə "qara kağız" paylanılıb

© Sputnik / Kamal Almuradlıİmişlidə məskunlaşmış kəlbəcərli məcburi köçkünlər
İmişlidə məskunlaşmış kəlbəcərli məcburi köçkünlər - Sputnik Azərbaycan
Abunə olmaq
Narınclar köçkünlərindən 23 illik "işıq pulu" istənilir

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 21 noy — Sputnik. Kəlbəcər rayonunun Narınclar kəndindən olan, hazırda İmişlidəki qış otlağında məskunlaşan məcburi köçkünlərə, elektrik enerjisindən istifadəyə görə minlərlə manat debitor borclarının olduğu barədə bildirişlər gəlib. Bu barədə Sputnik-in bölgə müxbirinə köçkünlər özləri məlumat veriblər.

Ağdam rayonunun girişi - Sputnik Azərbaycan
HADİSƏ
İcra başçısı Xocalı köçkününü məhkəməyə verib

Onların sözlərinə görə, həmin bildirişdə ağlasığmaz məbləğ yazılıb: "İşıq idarəsinin işçisi gəlib bildiriş paylayıb. Kiminə 5, kiminə 10, kiminə 12 min manat borc yazılıb. Evlərimizə sayğac qoyulmasa da, "Azərişıq"ın yerli idarəsinin təqdim etdiyi bildirişdə sayğac nömrəsi və sərfiyyat göstəricisi qeyd olunub".

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Narınclar kəndi üzrə nümayəndəsi Gündüz Baxşəlıyev də, Sputnik əməkdaşı ilə söhbətində belə bir bildiriş aldığını deyib: "Mənim adıma da 8 min manat borc yazılıb. İşıq idarəsində bir neçə dəfə olub maraqlanmışam. Verilən cavab bu olub ki, "Qaçqınkom" tərəfindən indiyədək enerji haqqı ödənilməyib. Borc məskunlaşmanın ilk ilindən başlayaraq ta hazırkı vaxtadək istifadə edilmiş enerjiyə görə hesablanıb. Məbləğlərin müxtəlif olması ailə üzvlərinin sayından asılıdır".

© Sputnik / Kamal AlmuradlıKəlbəcər rayonunun Narınclar kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı yer
Kəlbəcər rayonunun Narınclar kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı yer - Sputnik Azərbaycan
Kəlbəcər rayonunun Narınclar kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı yer

İcra nümayəndəsi onu da bildirib ki, məskunlaşdıqları əraziyə ayrıca xətt çəkilmədiyindən, onlara elektrik enerjisi Muradxanlı İriləşdirilmiş Neft Mədənindən verilir. SOCAR-la "Zenith Aran Oil Company Limite" arasında Muradxanlı, Cəfərli, Zərdab yataqlarının birgə kəşfiyyatı, işlənməsi və neft hasilatına dair imzalanan müqaviləyə əsasən müəsisənin bazasında bu il Aran OİL Operating Companiy yaradılıb.

Eyni zamanda, "Azərenerji"nin enerji satışı və təchizatını həyata keçirən yerli strukturları "Azərişıq"ın tabeliyinə keçib. Cənab Baxşəliyev ehtimal edir ki, yeni yaranan qurumlar bu borcu üzərlərindən atıb və axırda elə fərdi qaydada köçkünlərin adına yazılıb.

© Sputnik / Kamal Almuradlıİmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev köçkünlərlə görüş zamanı
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev köçkünlərlə görüş zamanı - Sputnik Azərbaycan
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev köçkünlərlə görüş zamanı

Minlərlə manat borclarının olduğuna dair bildiriş alan Narınclar köçkünləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə kollektiv müraciət ünvanlayıblar. Onlar yaranmış borca görə məskunlaşdıqları əraziə elektrik enerjisi verilişinin dayandırılacağından narahatdırlar.

Qeyd edək ki, Narınclar kəndi də daxil, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Rayonun əhalisi Azərbaycanın 700-dən çox yaşayış məntəqəsində məskunlaşıb. İmişlidəki qış otlaq sahəsində Narınclar kəndinin keçmiş sakini və ya onların övladı olan 230 nəfər (64 ailə) yaşayır.

Xəbər lenti
0