Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"KamAZ"la "Mercedes"in toqquşması faciəli nəticəyə səbəb oldu

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidKAMAZ
KAMAZ - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində "MERCEDES" markalı minik avtomobilin sürücüsü, 1982-ci il Nəzərov Murad Hənnan oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 3 nəfər sərnişin xəsarət alıb

BAKI, 21 noy — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunda "KamAZ" markalı yük avtomobilinin "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilin sürücüsü, 1982-ci il Nəzərov Murad Hənnan oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 3 nəfər sərnişin xəsarət alıb.

Həmçinin, "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Əməliyyat saat 02:24-də başa çatıb.

Xəbər lenti
0