BAKI, 21 noy — Sputnik. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib.
Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev açıq səsvermə əsasında yekdilliklə partiyanın sədri seçilib. Təsis konfransında Azərbaycan xalqına müraciət qəbul olunub. Müraciətdə Yeni Azərbaycan Partiyasının xalqı və ölkəni düşdüyü böhran vəziyyətindən xilas etmək əzmi vurğulanırdı.
YAP Azərbaycanın siyasi müstəvisinə daxil oldu və bir il keçməmiş ölkənin hakim partiyasına çevrildi.