QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ separatçılarının niyyəti baş tutmadı

© Sputnik / Murad OrujovAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur "Palais des Beaux Arts" sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramı ləğv olunub

BAKI, 21 noy — Sputnik. "19 noyabr tarixində KİV-ə verdiyimiz məlumata əlavə olaraq bildiririk ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur "Palais des Beaux Arts" sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik - Sputnik Azərbaycan
QARABAĞ
Amerikalı həmsədr Ermənistanı Qarabağı tərk etməyə çağırıb

Bu barədə Sputnik-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib: "Məlumat verdiyimiz kimi, bu tədbirlər məqsədilə Brüsselə səfər etməyi planlaşdıran qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub. İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır".

"Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir. Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb", — deyə məlumatda bildirilir.

Xəbər lenti
0