BAKI, 21 noy — Sputnik. Noyabrın 22-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 0-2° isti, gündüz 2-5° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.