CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avotomobillərin kreditlə satışında yeni qayda meydana çıxıb

Abunə olmaq
Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür

BAKI, 21 noy — Sputnik. Kredit sərtləşəndən sonra maşın alanlar və ya satanlar başqa üsula əl atıblar. Yəni rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış kreditlər meydana çıxıb. Sputnik avtosfer-ə istinadən xəbər verir ki, alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir.

Maşın bazarı - Sputnik Azərbaycan
RUSİYA
2017-ci ildə bu avtomobillərin qiyməti pik həddə çatacaq

Avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər.

Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir.

Xəbər lenti
0