BAKI, 21 noy-Sputnik. Şəmkirdə döyülmə faktı qeydə alınıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının dediyinə görə, o, işlədiyi yeməkxananın müdiri tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.