BAKI, 20 noy — Sputnik. Hindistanın şimalında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 60-a çatıb, 150 nəfər xəsarət alıb.
Sputnik bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
İnsident Pukrayan şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Qəzanın relsin sınması nəticəsində baş verməsi istisna olunmur.