BAKI, 20 noy-Sputnik. Harvey unutqan avtomobil sürücülərinin vergi cəzası almamaları üçün ödənişlərini nə zaman verəcəkləri ilə bağlı çeklər hazırlayır. Gənc oğlan işə başladığı ilk həftədə 400-ə yaxın sifariş almağa başlayıb.
Sputnik haber3-ə istinadla xəbər verir ki, Harvey keçən il minlərlə xatırlatma çeki satıb və əldə etdiyi qazancla bir torpaq sahəsi alıb. Bunun sayəsində isə 2 milyon sterlinqdən (təxminən 4 milyon 240 min manat) çox gəlir əldə edib.
Gənc milyonerin çekləri satmaq üçün 13 yaşında açdığı bir internet saytı mövcuddur.
Gənc oğlanın qazandığı pulla aldığı torpaq sahəsinə bir tikinti şirkəti talib olub. Bu uşağın aldığı ərazi iş adamının sahibi olduğu ərazilərin ortasında olduğu üçün uşağa 2 milyon sterlinq təklif edilib.
Bu günə qədər satdığı çeklərlə 100 min sterlinq qazanıb.
Uşağın atası Howard Millington oğluna işinə başlaması üçün 2 min sterlinq sərmayə verib. Atası deyib ki, oğlu çox ağıllıdır və ona həyatda müvəffəqiyyətli olmağı öyrədib.
İndiyədək bu uşaq biri 4 sterlinq olmaqla 20 min vergi xatırlatma çeki satıb. Onun bu uğuru sosial şəbəkələrdə də böyük əks-səda doğurub.