İranın Silahlı Qüvvələr komandanlığında dəyişiklik edilib

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidДуховный лидер Ирана аятолла Сейед Али Хаменеи
Духовный лидер Ирана аятолла Сейед Али Хаменеи - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Xameneinin imzaladığı sərəncamlara əsasən, briqada generalı Əhməd Rza Purdastan ali baş komandanının müavini vəzifəsinə, briqada generalı Kiomars Heydəri isə quru qoşunların komandanı vəzifəsinə təyin edilib.

BAKI, 19 noy — Sputnik. İranın ali lideri, Silahlı Qüvvələrin ali baş komanı Əli Xamenei ordu komandanlığında kadr dəyişikliyi edib.

Bu barədə İranın ali liderinin saytında dərc edilmiş məlumatda bildirilir.

Əli Xameneinin imzaladığı sərəncamlara əsasən, briqada generalı Əhməd Rza Purdastan ali baş komandanının müavini vəzifəsinə, briqada generalı Kiomars Heydəri isə quru qoşunların komandanı vəzifəsinə təyin edilib.

Yeni təyinatadək Əhməd Rza Purdastan quru qoşunların komandanı,  Kiomars Heydəri isə onun müavini  vəzifəsində xidmət ediblər.

Xəbər lenti
0