BAKI, 19 noy-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mavi Mərmərə” razılaşmasından bəri ilk dəfə İsrail televiziyasına müsahibə verib.
Sputnik hurriyet-ə istinadla xəbər verir ki, Kanal 2 televiziyasındakı "Uvda" adlı proqramın məşhur aparıcısı xanım Ilana Dayan-Orbach müsahibədən maraqlı bir hissəni Tvitter hesabında paylaşıb.
Müsahibə zamanı israilli jurnalist Dayan-Orbach, "Sizə çətin sualları vermək azadlığından istifadə etmək istəyirəm" deyir. Prezident Ərdoğan isə bu cavabı verir: "İndiyədək soruşduqlarınız asan idimi?..Buradan əgər sən Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə, məni sıxışdıra bilməzsən".