BAKI, 19 noy — Sputnik. Dünyanın ən qədim qida əlavəsi olan duz keçmişdə çox bahalı idi. Ondan pul kimi istifadə edirdilər. Süfrəyə isə duz bahalı qablarda verilirdi, o, bolluq və varlığın rəmzi sayılırdı. Hörmətli qonağı çörək və duzla qarşılamaq adəti isə bəzi xalqlarda hələ də qalıb. Bu barədə Sputnik xarici mediaya istinadən məlumat verir.
Deyilənlərə görə, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Belə ki Türk xanın oğlu Tütək xan çöl düzündə ətdən hazırlanmış kabab yeyərkən əlindəki ət tikəsi yerə düşüb. Onu qaldırıb yedikdə tikənin dadının dəyişdiyini hiss edib. Ona məlum olub ki, bu duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə olunur.
Daha çox duz qidada deyil, yolların təmizlənməsində istifadə olunur
Dəniz suyu və yerdən əldə olunan duzun əsas hissəsi sənaye məqsədləri üçün istifadə edilir. Məsələn, ABŞ-da istehsal olunan duzun yalnız 6%-i qida üçün istifadə olunur. Qışda yollarda sürüşmənin qarşısını almaq üçün isə 15% duz sərf olunur.
Duz dağılanda pis hadisə baş verir
Bəzi insanlar duz dağılarkən hər-hansı xoşagəlməz hadisənin baş verəcəyinə inanırlar. Bu xurafat Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərindən yayılıb. Guya ki, duzu atmaqla siz onu şeytanın gözünə atırsız.
Duz sizi öldürə bilər
İnsan öz çəkisinin hər kiloqramı üçün 1 qram düz istifadə etsə, bu onu öldürəcək. Qədim Çində duzun qiyməti çox baha olduğundan, bu üsuldan yalnız varlı şəxslər istifadə edirdilər.
Dəniz duzu daha yaxşıdır
Bizim orqanizmimiz üçün dəniz duzunun emal olunmuş duzdan daha çox faydalı xüsusiyyətləri var. Ən yaxşı dəniz duzu isə azca nəm olur.
Duzlu kartof çipslərini qəzəblənmiş aşbaz icad edib
Duzlu kartof çipsləri 1853-cü ildə yaranıb. Bir dəfə qəzəblənmiş aşbaz kartofun yaxşı bişməməsindən şikayətlənən müştəridən qisas almaq qərarına gəlir. O, kartofu çox nazik doğrayıb qəhvəyi rəngi alanadək onu qızardır, sonra isə üstünə duz da əlavə edir. Təəccüblü olsa da, bu, müştərinin çox xoşuna gəlir və həmin gündən kartof çipsləri yaranır.
Boliviyada tamamilə duzdan inşa edilmiş mehmanxana var
Bu mehmanxana sıxılmış duz bloklarından inşa edilib. Orada olan stollar, stullar, çarpayılar və hətta üzgüçülük hovuzu belə tamamilə duz mənbələrindən hazırlanıb.
Dəniz suyunu içmək olmaz
Tərkibində olan duz miqdarına görə, dəniz suyundan istifadə insanı öldürə bilər. Lakin buza dönmüş dəniz suyunu əridib içmək olar, onun heç bir ziyanı yoxdur. Donmuş dəniz suyunda adi dəniz suyunun tərkibindəki duzun yalnız 10%-i olur.
Duz pivədən daha baha idi
19-cu əsrin əvvəllərində də duz baha məhsul olub. Belə ki ABŞ sərhədlərində duzun qiyməti pivənin qiymətindən dörd dəfə daha çox olub.