Dolların təsiri: Məhsullar anbara yığıldı

© Photo : STRTürkiyədə boş mağaza rəfləri
Türkiyədə boş mağaza rəfləri - Sputnik Azərbaycan
Abunə olmaq
Məhsullar anbarda tutulub yeni ildə 10-30 faiz qiymət artımı planlaşdırılır.

BAKI, 19 noy-Sputnik. Türkiyədə dolardakı artım topdansatış mərkəzlərini yenə gün üzünə çıxardı. İdxal məhsullarını anbara yığan fürsətçilər bunları dekabrda qiymət artımı ilə satmağı planlaşdırır.

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, qlobal bazda yüksəlişə keçən dolların Türkiyədə də rekord qırması yeni il əvvəli daha çox qazanmaq istəyən topdansatış mərkəzlərini hərəkətə keçirdi. Məhsulları mövsüm başında məzənnə yüksəlişindən əvvəl alan ancaq valyuta və avrodakı rekord artışlardan sonra yığmağa başlayan firmalar, ilin əvvəlinə qədər bazara mal vermir. 

Məhsullar anbarda tutulub yeni ildə 10-30 faiz qiymət artımı planlaşdırılır.

İdxalatçılar məhsullarını anbarlarda saxlayır. Sektorun nəbzinin atdığı Doğubank, Perpa və Mecidiyeköy kimi nöqtələrdə ən sadə elektron məhsullar belə yoxdur. Xaricdən idxal edilən ofis vəsaitləri (kompyuter məhsulları və s) bazarda tapılmır. Doğubankda satılan telefon aksesuarlar da rəflər yerinə anbarlarda saxlanılır.

Məzənnə yüksəlişini fürsətə çevirmək istəyən iş adamları əlindəki məhsulu valyuta kimi görməyə başladı. Mövzu ilə əlaqədar məlumat verən mağaza sahibləri deyiblər ki, valyuta yüksəldikcə rəftəki məhsulun qiyməti də yüksəlir. İş adamları valyuta daha da yüksələcək deyə bütün məhsulları bazardan çəkdi. 

Texnoloji məhsullar da satışda tapılmır.

İdxalatçı bir çox firmanın anbarlarda dərman məhsullarını saxladığı bildirilir.

Xəbər lenti
0