BAKI, 19 noy-Sputnik. Dollar bütün dünyada güclənməyə, Türk lirəsi qarşısında rekordu təzələməyə davam edir.
Sputnik haberler-ə istinadla xəbər verir ki, dollar Türkiyədə dünən 3.4086 lirəyə qədər çıxaraq yeni bir rekorda imza atdı. Bu son rekord hökuməti isə hərəkətə keçirdi. Əvvəlcə Baş nazir müavini Mehmet Şimşək başçılığında Maliyyə Sabitlik Komitəsi toplanıb, ardından Baş nazir Binali Yıldırımın başçılığı altında İqtisadiyyat Koordinasiya Komitəsinin konfransı keçirilib.
Baş nazir Binali Yıldırım konfransdan əvvəl "Konfransda valyuta məzənnəsindəki artımı qiymətləndirəcəyik, iqtisadiyyat ilə əlaqədar hər hansı bir narahatlığa yer yoxdur" deyərək 3.40 lirə səviyyələrindəki dolların atəşini bir az kəsməyi bacarıb. Baş nazirin toplantıdan əvvəl verdiyi açıqlama belə dolları 3.35 lirəyə qədər endirib.
Konfrans davam edərkən yazılı bir açıqlama verilib. Açıqlamada konfransda dünya bazarlarına və Türkiyəyə təsir edən iqtisadi inkişafların əhatəli şəkildə qiymətləndirildiyi ifadə edilib.
Açıqlamada deyilib ki, bazarlarda hərəkətlilik əsas etibarilə qlobal qaynaqlıdır və ölkəmizə təsirini məhdudlaşdırmaq məqsədiylə bütün tədbirlər nəzərdən keçirilmişdir. Bu çərçivədə Mərkəzi Bank iqtisadi inkişafları yaxından təqib edir və qiymətin sabitliyi hədəfi istiqamətində lazım olan tədbirləri görür. İqtisadiyyatımızın müqavimətini artıracaq islahatlar sürətləndiriləcək. Ayrıca, real sektorun güclü şəkildə dəstəklənməsinə istiqamətli addımlara davam ediləcək.