Millət vəkili: Bu, Azərbaycanın gələcəyi üçün çox önəmlidir

© Photo : REPORTMilli Məclisin deputatı Rövşən Rzayev
Milli Məclisin deputatı Rövşən Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Rövşən Rzayev: Azərbaycanın haqlı səsi bütün dünyaya çatdırılacaq

Deputat: Azərbaycana qarşı ədalətsiz yanaşma nümayiş etdirilmişdi
Milli Məclisin deputatı Rövşən Rzayev deyir ki, bir müddət əvvəl Avropa Parlamentindən Azərbaycana qarşı ədalətsiz yanaşma nümayiş etdirilmişdi: “Bunun səbəbi orada erməni lobbisinin təkidi idi. Amma ondan sonra Azərbaycan parlamenti də heç bir münasibət saxlamayacağı barədə qərar qəbul etdi və bütün münasibətlər dayandırıldı. Prezident İlham Əliyev Avropa Parlamentinin bir neçə nüfuzlu üzvünü qəbul edəndən sonra isə yenidən münasibətlərin bərpası üçün ümumi razılığa gəlindi”.

“Bu, Azərbaycanın gələcəyi üçün çox önəmli münasibətlər olacaq. Bir tərəfdən Azərbaycana qarşı bir çox ölkələrdə ikili standartlar yanaşmasının qarşısını almaq üçün və Ermənistan lobbisinin öz xeyirinə olan Azərbaycan haqda danışdığı yalanlar və işğal faktorunu gizlətmək istiqamətində apardığı siyasətlərinin qarşısını almaq üçün çox mühüm bir platformadır. Azərbaycan da bu platformadan istifadə etməlidir. Düşünürəm ki, həmişə olduğu kimi, bu istiqamətdə davamlı işlər aparılacaq və Azərbaycanın haqlı səsi dünyanın müxtəlif qurumlarına, o cümlədən Avropa Parlamenti və onun üzvlərinə çatdırılacaq. Bu baxımdan bu platforma çox vacib bir ünsiyyət formasıdır”, — deyə o bildirib.

Xəbər lenti
0