Yadplanetlilər Yerə siqnal göndərdi

© Photo : All-answers.ru"Yadplanetlilər"
Yadplanetlilər - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər ulduzlardan gələn siqnalların, kosmosun dərinliklərindən süzülən lazerlərlə eyni xüsusiyyətə malik olduğunu müəyynələşdiriblər

BAKI, 18 noy — Sputnik. Astrofiziklər kosmosdan radio-siqnal alıblar. Müasir elm isə bu siqnalın mənbəsini izah etməkdə acizdir. "EurekAlert" yazır ki, bu dəfə ABŞ, Avstraliya və Almaniya alimləri siqnalın haradan gəldiyini də müəyyən edə biliblər. Bu, VHS7 qalaktikasıdır.

Ay - Sputnik Azərbaycan
Yadplanetlilərin yeraltı bunkeri aşkarlandı

Sputnik xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə oxşar radio-siqnalı 2001-ci ildə Avstraliyadakı radio-teleskop qeydə alıb. O vaxtdan bəri belə siqnalların çox olduğu təsdiqlənib. Alimlər güman edirlər ki, bu siqnalların mənbəyi neytron ulduz və ya yadplanetlilər ola bilər.

Xatırladaq ki, Stiven Hokinqin yadplanetliləri tapmaq üçün başlatdığı proyekt daxilində də, 2.5 milyon ulduzu izləyən elm adamları, 234 ulduzdan "normal olmayan" siqnallar aldıqlarını demişdilər. Hokinqin, rus milyarder Yuri Milnerin və "Facebook"un qurucusu Mark Zukerberqin ortaq şəkildə icra etdiyi "Breakthrough Listen" adlı layihə daxilində, Kanadadakı Laval Universitetinin elmi işçiləri Ermanno Borra və Eric Trorrier, siqnalların bir ulduz topasının ətrafındakı yüngül titrəməyə bənzədiyini söyləyiblər.

Borra və Trorrier New Mexikoda olan "Sloan Digital Sky Survey" adlı teleskopla təsbit etdikləri bu titrəşimlərin, siqnal olduğuna görə yadplanetlilər tərəfindən çıxarılmış olmasını iddia edirlər. Mütəxəssislər, həmçinin ulduzlardan gələn siqnalların kosmosun dərinliklərindən süzülən lazerlərlə eyni xüsusiyyətə malik olduğunu müəyynələşdirə biliblər.

Xəbər lenti
0